Bakı. Trend:
London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırmının 30-cu ildönümü ərəfəsində lentə alınmış klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər. Tereza diaspor üzvümüz Nərminə Məmmədovanın qızıdır.
Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı barədə qısa məlumat da yerləşdirilib.
Tanqo janrında bəstələnmiş mahnının müəllifləri argentinalı bəstəkar Astor Pyatsolla (Astor Piazzolla) və şair Horasio Ferrerdir (Horacio Ferrer).
Videoklipi aşağıdakı link vasitəsilə izləmək mümkündür: