...

İmmunitet çatışmazlığı hansı xəstəliklərə yaranmasına səbəb olur? - AÇIQLAMA

Cəmiyyət Materials 1 Mart 2022 12:09 (UTC +04:00)
İmmunitet çatışmazlığı hansı xəstəliklərə yaranmasına səbəb olur? - AÇIQLAMA

Bakı. Humay Ağacanova - Trend:

İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, şiş əleyhinə immunitetin pozulması bəd xassəli törəmələrin inkişafına “dəstək” olur. Bəzən immun hüceyrələr bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir.

"İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə, allergik xəstəliklər yaranır. Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti