...

BDU itkin düşən tələbəsi ilə bağlı açıqlama yayıb

Cəmiyyət Materials 5 Mart 2022 16:24 (UTC +04:00)
BDU itkin düşən tələbəsi ilə bağlı açıqlama yayıb

Bakı. Samir Əli - Trend:

Bakı Dövlət Universiteti (BDU) itkin düşən tələbəsi ilə bağlı açıqlama yayıb.

BDU-dan Trend-ə daxil olan məlumatda deyilir:

"Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır.

Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qəmbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.
Qeyd edək ki, hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti