...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 Mart 2022 19:12 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 637 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1631, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 21 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1278 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 136 656, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 307 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 793 776, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 823 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 212 373 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti