...

Məhv olmaq təhlükəsində qalan 7 əsrlik abidə bərpa ediləcək - Dövlət Xidməti

Cəmiyyət Materials 14 Mart 2022 14:19 (UTC +04:00)
Məhv olmaq təhlükəsində qalan 7 əsrlik abidə bərpa ediləcək - Dövlət Xidməti
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Xaçmazda yeddi əsrlik tarixə malik abidənin məhv olmaq təhlükəsi ilə bağlı görüntülər yayılıb.

Məlumata görə, rayonun Şıxlar kəndində XIV əsrdə Şeyx Yusifin müridləri tərəfindən inşa olunan dini abidə təmir-bərpa işlərinin həyata keçirilməməsi səbəbindən artıq yararsız hala düşüb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, abidə bərpa ediləcək.

"Abidə dövlət qeydiyyatındadır. İnventar nömrəsi də məlumdur. Abidədə bərpa-konservasiya işləri üçün investisiya planına salınıb. Abidənin bərpası üçün müvafiq kompleks tədbirlərin görülməsi nəzərdə tutulub", - deyə N.Allahyarova bildirib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti