...

Azərbaycanda 115 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Cəmiyyət Materials 16 Mart 2022 18:30 (UTC +04:00)

Bakı. trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 077 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 457 nəfərdir.

Ölkədə son sutka ərzində 5 337, hazırkı dövrədək isə 6 646 110 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti