...

Ukraynadakı vəziyyətlə əlaqədar daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olunub (FOTO)

Cəmiyyət Materials 16 Mart 2022 21:21 (UTC +04:00)

Bakı. Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.

Trend xəbər verir ki, indiyədək "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.

Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.

Qeyd edək ki, Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti