Bakı. Trend:
Martın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı,
axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən
şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda
gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan
yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi
rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı
ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda
gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz
0-5° şaxta olacaq.