...

Rayonlardakı hotellərdə demək olar ki, boş yer yoxdur - Assosiasiya

Cəmiyyət Materials 18 Mart 2022 21:00 (UTC +04:00)
Rayonlardakı hotellərdə demək olar ki, boş yer yoxdur - Assosiasiya
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar bir neçə gün iş olmayacaq. Bu fürsətdən istifadə edən vətəndaşlarımız istirahət etmək üçün bölgələrimizə üz tuturlar.

Bölgələrdə olan hotellərdə doluluq səviyyəsi necədir?

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib ki, regionlardakı 5 ulduzlu hotellərdə bronlaşma bu günə görə ortalama 80-90% təşkil edir.

Assosiasiya rəhbəri deyib ki, bəzi hotellər bayram günlərinə satışlarını artıq saxlayıblar.

"Qiymətlər hotellərə görə dəyişir. Belə ki, regionlarda yerləşən hotellərdə qiymətlər 40-400 AZN arası dəyişir. Bu il başqa rayonlara nisbətdə Lənkərandakı hotellərin yüksək dolumla və qiymətlə işləmələrini müşahidə edirik", - deyə S.Dübəndi bildirib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti