...

Ukraynada Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Mart 2022 16:42 (UTC +04:00)
Ukraynada Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ukraynada Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evi bu gün kiyevlilərin də böyük ümidlə üz tutduğu məkana çevrilib. Soydaşlarımızın təxliyəsindən sonra UAR paytaxt sakinləri üçün yardımları müntəzəm davam etdirir.

UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar paylanılıb.

Ukrayna ilə Rusiya arasında gərginliyin başlamasından sonra Ukrayna Azərbaycanlıları Radası Azərbaycan Evində mütəmadi yardım aksiyaları keçirir. Təxminən yarım ay ərzində hər gün 250-300 nəfər Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək göstərir.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Radası fevralın 24-dən etibarən minlərlə soydaşımızın təxliyəsini təşkil edərək, onların təhlükəli ərazilərdən çıxarılmasını və sərhədyanı ölkələrə keçməsini təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti