...

Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir - AMEA

Cəmiyyət Materials 1 Aprel 2022 15:03 (UTC +04:00)
Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir - AMEA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzalı vəziyyətdə olan Mərkəzi Nəbatat Bağının binasının təmiri ilə bağlı hazırlıqlar gedir.

Bunu Trend-ə AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər. Qeyd edək ki, binanın qəzalı vəziyyətə düşməsi səbəbindən işçilər martın 10-dan 28-ə qədər evdən işləyirdilər. Artıq onlar da işə qayıdıblar:

"Qərara alınıb ki, işçilər üçün binada işləmək heç bir təhlükə yaratmır. Buna görə də bütün işçilər artıq işə qayıdıblar", - A.Balayeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti