...

Güclü külək paytaxtda internetin sürətinə necə təsir edib? - AÇIQLAMA

Cəmiyyət Materials 5 Aprel 2022 09:40 (UTC +04:00)
Güclü külək paytaxtda internetin sürətinə necə təsir edib? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda yaşayan bəzi internet istifadəçiləri hava küləkli olanda internetin sürətinin aşağı düşməsindən şikayət ediblər.

Məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelecom) Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, küləkli hava şəraiti ilə əlaqədar müştərilərlə əlaqələr üzrə aidiyyəti bölmələrinə internet sürətinin aşağı olması ilə bağlı daxil olan müraciətlərdə artım müşahidə olunmayıb.

"İnternet xidmətində çətinlikləri olan istifadəçilərin məlumatları təqdim olunarsa, tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

"Baktelecom" tərəfindən istifadəçilərin xidmət çətinliyi fərdi qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə olmasına diqqət yetirilir", - qurumdan qeyd edilib.

MMC-nin məlumatına görə, internet xidmətinin kəsintisiz ötürülməsi üçün "Baktelecom"un texniki heyəti tərəfindən şəbəkədə meydana gələn yüklənmələrin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir:

"Eyni zamanda kabel-kanal qurğularının texniki normalar çərçivəsində istifadəsi, dirəklərin doğru məsafə və dərinlikdə yerləşdirilməsi, naqillərin izolyasiyası kimi qabaqlayıcı tədbirlər görülür.

Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Baktelecom-un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom https://twitter.com/baktelecom https://www.instagram.com/baktelecom.az/ ) mövcuddur.

Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər" - açıqlamada vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti