Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında "Elm Günü" münasibətilə elmi nailiyyətlər sərgisi açılıb.
Trend xəbər verir ki, sərgidə AMEA-nın kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların 2021-ci ildə əldə etdikləri elmi nailiyyətlər nümayiş etdirilib.
Qeyd edək ki, "Elm günü" 27 marta, Novruz bayramı tətillərinə təsadüf etdiyinə görə, sərgi aprelin 29-da təşkil edilib.