...

BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransı başa çatıb (FOTO)

Cəmiyyət Materials 5 May 2022 19:26 (UTC +04:00)
BSU-da  “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransı başa çatıb (FOTO)

Bakı. Trend:

Mayın 4-5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfransı başa çatıb.
Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və filologiya məsələləri” və digər mövzularında məruzələri dinlənilib.

Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları dinlənilib, iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti