...

Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar (FOTO)

Cəmiyyət Materials 10 May 2022 11:59 (UTC +04:00)
Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti