Bakı. Trend:
Mingəçevirdə mənzildən 68-yaşlı qadının meyiti aşkarlanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.