...

Bakıda kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb

Cəmiyyət Materials 21 May 2022 10:56 (UTC +04:00)
Bakıda kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay Bakıda kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb.

"MBA Consulting Group" şirkətindən Trend-ə verilən məlumata görə, aprel ayında kirayə mənzillərin qiyməti 10,35 faiz bahalaşıb.

Qeyd olunan müddət ərzində bir otaqlı evin orta kirayə qiyməti 368 manat, iki otaqlı evin orta qiyməti 602 manat, 3 otaqlı evin orta kirayə qiyməti 892 manat, çoxotaqlı evin orta kirayə qiyməti isə 1449 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti