...

Rəqəmsal xidmətlərə çıxış üçün regionlarda əhali internetlə təmin edilməlidir - Milli Əlaqələndirmə Şurası

Cəmiyyət Materials 23 May 2022 13:58 (UTC +04:00)
Rəqəmsal xidmətlərə çıxış üçün regionlarda əhali internetlə təmin edilməlidir - Milli Əlaqələndirmə Şurası
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması vacibdir. Amma bunun üçün yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, 2022-ci ili əhatə edən tədbirlər planı təsdiq edilib ki, burada 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Bu gün insanların 55 faizinin internetə çıxışı var, 45 faizin isə müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur. Bunu biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti onilliklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik problemlərindən danışmağa başlayacağıq. Ədliyyənin rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərə çıxış üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir ki, bu xidmətlərdən yararlana bilsinlər",- H.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti