...

Azərbaycanda 9 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 24 May 2022 18:32 (UTC +04:00)
Azərbaycanda 9 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 793, hazırkı dövrədək isə 6 877 141 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti