...

Azərbaycanda vəkil bürolarının sayı 3 dəfə artırılıb

Cəmiyyət Materials 25 May 2022 12:07 (UTC +04:00)
Azərbaycanda vəkil bürolarının sayı 3 dəfə artırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Vəkillər Kollegiyası bölgələrdə də hüquqi yardımın keyfiyyətinin artırılması ilə bağlı tədbirləri davam etdirir.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov deyib. O bildirib ki, vəkil bürolarının sayı 3 dəfəyədək artaraq 114-ə çatıb, bölgələrdə bir çox vəkil bürosu əsaslı təmir edilib, maddi-texniki baza ilə təchiz edilib, vətəndaşlar üçün hüquqi yardımın əlçatanlığının təmin edilməsi barədə çoxsaylı digər işlər görülüb.

Bundan başqa, hazırki Rəyasət Heyətinin seçilməsindən sonra, ilk dəfə 2018-ci ildən etibarən, səyyar şəkildə ödənişsiz hüquqi yardım aksiyaları hər həftə fərqli rayonlarda həyata keçirilir.

"Nəticə etibarilə, ötən dövr ərzində regionlarda 25 min vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Çox sevindirici haldır ki, Milli Məclisin deputatları, çoxsaylı dövlət qurimları da maraq göstərərək, bu aksiyalara ötən ildən etibarən aktiv şəkildə qoşulur və sözügedən aksiyalar daha kütləvi şəkildə həyata keçirilir.

Bu qeyd edilən fəaliyyət vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin edilməsi məqsədi ilə həyata keçirilən sahələrdən sadəcə biridir və bu kimi işlər daha da peşəkar şəkildə həyata keçiriləcəkdir", - Aparat rəhbəri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti