...

Laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir - Kristine Lomakina

Cəmiyyət Materials 25 May 2022 16:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyində fəaliyyət göstərən laboratoriyaların yüksək səviyyədə olması bizi təəcübləndirdi.

Trend xəbər verir ki, bunu Latviya Respublikasının Dövlət Bitki Nəzarəti Xidmətinin direktoru Kristine Lomakina Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir:

“Müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və bu sahədə mövcud işin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işlər olduqca təqdirəlayiq haldır. Çox şadam ki, bizim Tvininq layihəsi çərçivəsində qeyd olunanların hamısı reallıqda öz bəhrəsini verib. Sizin mütəxəssilər artıq layihə çərçivəsində öyrəndiklərini tədris edirlər. Həqiqətən də laboratoriyalarınızın yüksək səviyyədə olması yaxşı mənada bizi təəcübləndirdi. İrəliyişlər təqdirə layiqdir. Hər zaman inkişaf və təkmilləşmə üçün şərait var. Təbii ki, metodlar, analizlər, təhlillər, eləcə də yeni müxtəlif təhlil alətləri inkişaf etməkdədir. Bu baxımdan, daim və hər zaman inkişaf etməliyik”.

Kristine Lomakina regionda fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olduqlarını, burada da peşəkar kadrların çalışdığını qeyd edib: “Ölkənizlə çoxtərəfli əməkdaşlığımız mövcuddur. Mütəxəssislərimizin regionları da ziyarət etmək imkanı olub ki, burada da müəyyən naliyyətlərin olduğunu deyə bilərik. Ümumiyyətlə hər zaman sizə dəstək göstərməyə hazırıq. hazırıq. Burada gördüklərimdən deyə bilərəm ki, çox işlər görülüb, təbii ki, daha da irəli getmək də lazımdır”.

Xəbər lenti

Xəbər lenti