Bakı. Trend:
Azərbaycan bölmələrinin atəşi nəticəsində erməni hərbçinin yaralanması xəbəri yalandır.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
"Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir" - açıqlamada deyilir.