...

Məktəblərdə inklüziv təhsilə dəstək

Cəmiyyət Materials 7 İyun 2022 15:18 (UTC +04:00)
Məktəblərdə inklüziv təhsilə dəstək

Bakı. Trend:

bp və tərəfdaşlarının inklüziv təhsili təbliğ edən növbəti sosial investisiya layihəsi başa çatıb. Layihənin məqsədi məktəblərdə inklüziv təhsil mühiti yaratmaq və bu haqda məlumatlılığı artırmaqla davranış dəyişikliyinə nail olmaqdır və, eyni zamanda, əlilliyi olan uşaqların cəmiyyətə sıx inteqrasiyası və adaptasiyasına dəstək verməkdir.

Layihənin öz məqsədi yönümündə icrası üçün Təhsil Nazirliyi tərəfindən dörd məktəb seçilib. Bunlar Bakı şəhəri 202 və 246 saylı və Sumqayıt şəhəri 4 və 21 saylı məktəblərdir.

Məktəblərin hər birində xüsusi təchiz olunmuş inklüziv təhsil resurs otağı yaradılıb. Bu otaqlar əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə dəstək vermək üçün tərtib olunmaqla qrup və fərdi xidmətlər göstərəcək.

Bundan əlavə, umümilikdə 50 müəllimdən ibarət seçilmiş qruplara yeni avadanlıq və texnologiyalardan səmərəli istifadə etmək, eləcə də öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasına kömək etmək üçün təlim keçilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş bu layihə müasir inklüziv təhsil siyasətini hərtərəfli təbliğ edir və inklüziv təhsilin strateji inkişafını Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi təşviq edir.

Dünən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və bir qrup bp nümayəndəsi layihəyə daxil olan məktəblərin birinə səfər edərək istifadəyə hazır inkluziv təhsil resurs otağı ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti