...

Həm təhsil almaq, həm də işləməyin yolları: distant iş üçün ideyalar

Cəmiyyət Materials 7 İyun 2022 19:48 (UTC +04:00)

Bakı. Trend:

İnternet - təhsil almaq, əylənmək və işləmək üçün ən ideal məkandır. Limitsiz internet paketiniz və ona daim çıxış imkanınız varsa, eyni anda bir neçə həm faydalı, həm də əyləncəli fəaliyyəti birləşdirə bilərsiniz. İnternetdə pulsuz material və kurslardan yararlanaraq müstəqil şəkildə öyrənə biləcəyiniz bir sıra peşələr var.

Bir neçə ay ərzində yeni peşəyə yiyələnmək və yaxşı qazanc əldə etmək mümkündür. Başlanğıc üçün ilkin biliklər kifayət edir. Bilik və bacarığı tədricən inkişaf etdirmək olar: birbaşa iş zamanı və əlavə kurs yaxud master-klaslar keçməklə buna nail olmaq mümkündür.

İnternet-də ən populyar olan peşələr

Öz üstünlüklərinizə, marağınız və bacarıqlarınıza uyğun istiqamət seçə bilərsiniz. Bu gün rəqəmsal dünyanın inkişafı aşağıdakı ixtisaslara olan tələbatı artırır:

  • kontekstual reklam mütəxəssisi - axtarış sistemləri və veb-saytlarda reklamın yayımlanması üçün tələb olunan parametrlərin sazlanması;

  • hədəfoloq - auditoriyanın maraq və ehtiyaclarına uyğun olaraq sosial şəbəkələrdə reklamın təşkili;

  • saytın təşviqi üzrə mütəxəssis - axtarış sistemlərində saytın mövqeyini yüksəltmək üçün resursların optimallaşdırılması və reklamların işləməsi;

  • proqram təminatı testeri - proqram təminatında səhvlərin, kritik qüsurların axtarıb tapılması;

  • PHP üzrə proqramçı - dil yeni başlayanlar üçün kifayət qədər asandır.

Digər məşhur xidmətlərə fotoların retuş edilməsi, videomontaj, ssenari yazılmasıdaxildir. Bir neçə kurs keçməklə və ya videodərslərə qoşulmaqla bu peşələrə yiyələnmək olar. Bir çox şirkətlər təcrübəsiz işçiləri işə götürməyə və özlərinin təlim keçərək onların yetişdirilməsinə razıdır.

Əvvəlcədən təhsil tələb etməyən peşələr

Şəbəkədə işəgötürənlər tərəfindən əlavə təhsil tələb olunmayan təkliflərə rast gələ bilərsiniz. Məsələn, distant əlaqə mərkəzi üçün daim zəngləri qəbul edən menecerlər tələb olunur. Çox vaxt şəbəkədə şərh yazmaq, forumları doldurmaq və digər kommunikasiya tərtibatlarını tamamlamaq üçün şəxslər axtarılır.

Hər bir halda axtarışçıya yalnız noutbuk və ya kompüter və internetə çıxış lazımdır. Belə ki, Azercell şirkəti əsas tarif və əlavə giqabaytlar təklif etməklə internetə qoşulmaq üçün əlverişli şərtlər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti