Bakı. Trend:
İspaniya hakimiyyəti krallıqda ən azı 225 meymunçiçəyi virusuna yoluxma faktını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Karlos III adına Sağlamlıq İnstitutu 225 yoluxma hadisəni təsdiqləyib", - deyə qeyd olunub.
Ötən gün ölkədə 198 yoluxma faktı qeydə alınıb.