...

Ötən il bu məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

Cəmiyyət Materials 10 İyun 2022 11:39 (UTC +04:00)
Ötən il bu məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

Bakı. Trend:

2021-ci ildə Bakıda yerləşən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Trend-in məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Qeyd edilib ki, qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib.

“Respublika üzrə yaxşı məktəblərin sırasına bu il patyaxtın 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub”, -deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti