...

TƏBİB Bakı-Şamaxı yolunda baş verən avtoqəza ilə bağlı açıqlama verib

Cəmiyyət Materials 13 İyun 2022 08:57 (UTC +04:00)
TƏBİB Bakı-Şamaxı yolunda baş verən avtoqəza ilə bağlı açıqlama verib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti