...

Bakıda Azərbaycanın Avropa çempionatındakı qələbəsi münasibətilə konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 16 İyun 2022 00:04 (UTC +04:00)
Bakıda Azərbaycanın Avropa çempionatındakı qələbəsi münasibətilə konsert keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Bulvarında minifutbol üzrə Azərbaycan yığmasının Avropa çempionatında qələbəsi münasibətilə konsert təşkil olunub.

Trend-in məlumatına görə, konsert Gənclər və İdman Nazirliyi, Azərbaycan Futzal Federasiyası, Azfar Group, "Zirə" peşəkar futbol klubunun təşkilatçılığı, Nar mobil operatorunun dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra minifutbol üzrə Azərbaycan yığmasının idman uğurlarına və nailiyyətlərinə həsr olunmuş videoçarx təqdim olunub.

Çıxışlarda “Zirə” futbol klubunun fəxri prezidenti və Azərbaycan Futzal Federasiyasının təsisçisi Orxan Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov və tanınmış aktyor, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.

Çıxış edənlət qeyd ediblər ki, Azərbaycanın minifutbol üzrə komandasının Avropa çempionatında qələbəsi böyük qürur və hədsiz sevinc hissi doğurur.

Minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev dəstəyə görə çoxsaylı azarkeşlərə təşəkkür edib, bunun komandaya motivasiya verdiyini qeyd edib.

Sonra məşhur ifaçıların - Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif (Mir Yusif Mirbabayev), eləcə də “Eurovision-2016”nın ölkəmizdən iştirakçısı Səmra Rəhimli və bir qrup nağara ifaçılarının çıxış etdiyi konsert proqramı təqdim olunub.

Həmçinin tədbirdə Avropa çempionı Kuboku ictimaiyyətə təqdim olunub. Azarkeşlərə milli komanda üzvləri ilə şəkil çəkdirmək və söhbət etmək imkanı yaradılıb.

Konsertdə inanılmaz bayram ab-havası hökm sürüb, həm böyüklər, həm də uşaqlar Azərbaycan komandasının qələbə sevincini bölüşüblər.

Xatırladaq ki, minifutbol üzrə milli komandamız tarixində ilk dəfə Avropa çempionatının qalibi olub. Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici görüşdə Azərbaycan yığması Rumıniya yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti