...

Bakıda cəzası təxirə salınan qadın məhkumların sayı açıqlanıb

Cəmiyyət Materials 21 İyun 2022 11:47 (UTC +04:00)
Bakıda cəzası təxirə salınan qadın məhkumların sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri üzrə cəzasının çəkilməsi təxirə salınan 59 qadın məhkum var.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, həmin qadınların barəsində məhkəmə hökmü olsa da, hamilə və ya himayəsində azyaşlı övladları olduğundan cəzalarının çəkilməsi təxirə salınıb.

Himayəsindəki azyaşlı övladları 14 yaşına çatana qədər onlar cəza çəkməkdən azad edilirlər. Əgər həmin müddətə qədər digər cinayət törətməsələr, onlar cəzadan tam azad edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti