...

Azərbaycanda bu il göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 1 İyul 2022 10:51 (UTC +04:00)
Azərbaycanda bu il göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət və özəl sektorlarında 15 milyon tibbi xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev "Tibb biznesində perspektiv imkanlar" mövzusunda konfrans zamanı deyib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycanda mühüm islahatlar keçirilib.

"Özəl səhiyyənin imkanları, bu fəaliyyəti tənzimləyən hüquqi baza genişlənidirilib. Hazırda biz icbari tibbi sığortanın özəl sektora da qismən keçirilməsi üzərində işləyirik. Bu istiqamətdən Türkiyədə görüşlır keçirilib və bu ölkənin təcrübəsi öyrənilib", - deyə o bildirib.

Z.Əliyev qeyd edib ki, Azərbaycanda dövlət özəl klinikaların müvafiq avadanlıqla təchiz olunmasına dəstək göstərir.

"Təkcə bu ilin beş ayı ərzində ölkədə tibb avadanlıqlarının satın alınması üçün 45 tender keçirilib. Bu tenderlərin qalibləri kiçik və orta biznesin nümayəndələri olub", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti