...

Azərbaycanda 174 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 14 İyul 2022 18:22 (UTC +04:00)
Azərbaycanda 174 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9 722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 2 911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti