Bakı. Trend:
Azərbaycandan növbəti Ümrə ziyarəti avqustun əvvəlindən başlanacaq.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, növbəti Ümrə ziyarətinin avqustun ilk 10 günlüyündə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi iyulun 19-dan Ümrə mövsümünün açılacağını elan edib.
Ötən mövsümdə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Ümrə ziyarətinə 100-ə yaxın zəvvar gedib və sonuncu qrup may ayının 30-da Vətənə dönüb.