...

Son 6 ayda e-sosial.az portalına 6,8 milyon müraciət qeydə alınıb

Cəmiyyət Materials 16 İyul 2022 14:34 (UTC +04:00)
Son 6 ayda e-sosial.az portalına 6,8 milyon müraciət qeydə alınıb

Bakı. Trend:

6 ayın göstəriciləri

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət qeydə alınıb.

2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 202 min 400-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti