...

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 20 İyul 2022 14:01 (UTC +04:00)
Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti