...

6 ayda Hərbi Prokurorluğun 4 əməkdaşı cəzalandırılıb

Cəmiyyət Materials 21 İyul 2022 17:18 (UTC +04:00)
6 ayda Hərbi Prokurorluğun 4 əməkdaşı cəzalandırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayı ərzində Respublika Hərbi Prokurorluğunun 4 əməkdaşı cəzalandırılıb.

Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

O qeyd edib ki, hesabat dövründə Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. 2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 4 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti