...

Məktəblərdə inkişafa nail olmaq üçün zəruri monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramları” mövzusunda panel-diskussiya keçirilib FOTO)

Cəmiyyət Materials 22 İyul 2022 12:17 (UTC +04:00)
Məktəblərdə inkişafa nail olmaq üçün zəruri monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramları” mövzusunda panel-diskussiya keçirilib FOTO)

Bakı. Trend:

29 iyun tarixində 201 nömrəli tam orta məktəbdə “Məktəblərdə inkişafa nail olmaq üçün zərur monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramları” mövzusunda panel-diskussiya təşkil edilmişdir.

Bakı Şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) və Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunmuş panel-diskussiya şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova təhsilin davamlı inkişafı üçün monitorinq, dəyrələndirmə və qiymətləndirmə proqramlarının tətbiqinin əhəmiyyətindən söz açıblar.

Daha sonra BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Amerka Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin professoru, fəlsəfə doktoru Skott Coftus, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankininin iştirakı ilə monitorinq prosesində proqramların dəyərləndirilməsi üzrə zəruri səriştələrə malik olmağın vacibliyi, liderlik əlaqələri məsələlərinə dair müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən təhsili idarəetmə qurumlarının nümayəndələri, məktəb direktorları və müəllimlərin təhsil müəssisələrində inkişafa nail omaq üçün zəruri monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramlarının tətbiqi, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyi, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların nəzərdən keçirilməsi məsələləri ətrafında müzakirələr aparmışlar.

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini yerli və beynəlxalq səviyyələrdə təhsil sahəsində gördüyü əhəmiyyətli işlər haqqında fikirlərini bildirmək üçün panel-diskussiyaya dəvət olunmuşdur. Françesko Bankini monitorinq və qiymətləndirmə mövzusunda əhəmiyyətli fikirlərin müzakirəsinə həsr edilmiş tədbiri təşkil etdiyi üçün Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirova minnətdarlığını ifadə etdi. O, monitorinq proqramlarında rəqabət, bacarıqlar və liderlik məsələlərinə dair vacib fikirlər səsləndirdi.

Françesko Bankini həm də, Avropa Azərbaycan Məktəbində keçdiyi təcrübə və AAM-nin nüfuzunu daha da irəli aparmaq üçün gördüyü işlərdən danışıb. Bizim milli təhsil sisteminin inkişafı üçün və bu prosesdə AAM-nin oynayacağı rol barəsində təhsil nazirliyinin nümayəndələri ilə fikir mübadiləsi aparmaq cənab Bankini üçün olduqca maraqlı idi.

Cənab Bankini Avropa Azərbaycan Məktəbinin adını nüfuzlu tədbirlərdə eşitməkdən qürur duyduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti