...

Azərbaycanda 399 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 27 İyul 2022 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, 9 741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.

Ölkədə son sutka ərzində 3 543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti