...

Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma Azərbaycan üçün təhlükəlidir?

Cəmiyyət Materials 17 Avqust 2022 14:47 (UTC +04:00)
Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma Azərbaycan üçün təhlükəlidir?

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla qonşu olan Türkiyə və Gürcüstandan sonra dünən İranda da meymuçiçəyinə ilk yoluxma qeydə alınıb.

Bəs bu virus Azərbaycanda yayıla bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, qonşu ölkələrdə meymunçiçəyinə yoluxma hallarının olması hələki ölkəmiz üçün çox təhlükəli deyil.

Onun sözlərinə görə, qonşu ölkələrdə meymunçiçəyinə yoluxma kütləvi deyil.

"Türkiyə və Gürcüstanda meymunçiçəyinə yoluxma bir neçə müddət əvvəl baş verib. Lakin bu günə qədər sürətli artım qeydə alınmayıb. Bu virus sürətlə yayılmır. Qonşu ölkələrdə virusun olması o demək deyil ki, ölkəmizdə də mütləq bu xəstəlik yayılacaq. Hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Amma insanlarımız hər ehtimala ehtiyatlı olsunlar. Meymunçiçəyi virusunun yayıldığı ölkələrə getdikdə tədbiri əldən verməsinlər".

İnfeksionistin sözlərinə görə, bu xəstəlik Çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və meymunçiçəyi olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər.

"Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi və baş ağrısıdır",- deyə infeksionist bildirib.

Qeyd edək ki, suçiçəyinin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, suçiçəyi ilə eynidir. Virusa yoluxan şəxs bir neçə həftəyə sağalır, nadir hallarda xəstəlik ölümə səbəb olur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti