...

Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsi ilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək

Cəmiyyət Materials 19 Avqust 2022 14:36 (UTC +04:00)
Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsi ilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edilib.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı sənəd imzalayıb.

Dəyişikliyə əsasən idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi artıq Gənclər və İdman Nazirliyin müəyyən edəcəyi quruma ödəniləcək.

Xatırladaq ki, sözügedən vəsait bundan əvvəl Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti