...

Magistratura səviyyəsi üzrə siyahıya “Jurnalistika” ixtisaslaşması əlavə olundu

Cəmiyyət Materials 25 Avqust 2022 17:10 (UTC +04:00)

Bakı. Trend:

Ali təhsilin magistratura səviyyəsi üzrə siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə olunub.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 327 №-li Qərarına dair izahda deyilir.

Qeyd edilir ki, hazırda ölkəmizdə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur.

Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti