Bakı. Trend:
Azərbaycandakı yanğınların tədqiqində "Azərkosmos"un çox böyük rolu oldu.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il Avropada son 15 il ərzində baş verən meşə yanğınları rekord həddə çatıb, təxminən 700 min hektar meşə ərazisi yanıb.
"Bu il Azərbaycanda 5 100 ha ərazidə yanğın olub ki, onun da 1 600 ha meşə ərazisi təşkil edir. Azərbaycandakı yanğınların tədqiqində "Azərkosmos"un çox böyük rolu oldu. Kosmik monitorinqlər nəticəsində həm miqyası qiymətləndirmək, həm də gedişatı da proqnozlaşdırmaq mümkün oldu", - nazir müavini deyib.