Bakı. Trend:
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Polad Şirinovun ailəsini ziyarət edib.
Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.
Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid
ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi
təmin olunur.
Ailənin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağı, şəhid
ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə
olunacaqları qeyd edilib.