...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 27 Sentyabr 2022 16:32 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 017 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 324, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 458, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 79 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 887 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 903, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 097, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 072, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 524 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti