...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 Oktyabr 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 779 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza vaksin vurduranların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 895 043, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 155, üç və daha çox doza vaksin vurduranların sayı 3 380 500, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 984 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti