...

MÜSİAD Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirməyi planlaşdırır (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 17:29 (UTC +04:00)
MÜSİAD Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirməyi planlaşdırır (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, sədr müavini, Kənd Təsərrüfatı və Turizmin inkişafı üzrə Kommisiyanın sədri Sait Yinanç və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender arasında görüş keçirilib.

Trend-in məlumatına görə, iclasda daha əvvəl tərəflər arasında keçirilən görüşdə razılaşdırılan əməkdaşlıq mövzuları və layihələr barəsində müzakirələr aparılıb.

Görüş zamanı MÜSİAD Azərbaycan tərəfindən keçirləcək Kənd Təsərrüfatı forumu çərçivəsində Türkiyə və Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları arasında sektorial və B2B görüşlər keçirilməsi müzakirə edilib.

Həmçinin, sektora lazım olan texniki-iqtisadi əsaslandırmanın olmaması probleminin aradan qaldırılması, invesitisiya sahələrinin müəyyən edilməsi məsələlərinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti