...

Aİİ rektoru müəllimlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 18:55 (UTC +04:00)
Aİİ rektoru müəllimlərlə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov 5 Oktyabr – Müəllimlər Günü münasibətilə müəllimlərlə görüşüb.

İnstitut rəhbəri Aqil Şirinov öncə yeni tədris ilinin başlanması və 5 Oktyabr – Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Təhsilin cəmiyyət və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan rektor ümummilli lider Heydər Əliyevin təhsil haqqında fikirlərini bölüşüb: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar”.

A. Şirinov daha sonra ali təhsil müəssisəsi qarşısında duran məqsəd və hədəflərdən söhbət açıb. Bildirib ki, Aİİ müəllimləri tələbələrlə təkcə auditoriyalarda deyil, dərslərdənkənar vaxtlarda da ünsiyyət saxlamalı, onların tədrislə bağlı problemlərinin həllində yardım etməlidirlər.

Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi haqqında fikirlərini bölüşən rektor bildirib ki, Aİİ-də dərslərin, xüsusilə dil fənlərinin səmərəliliyinin artırılması üçün əlavə kurslar təşkil edilir. Müəllimlərin bu kurslarda təmənnasız iştirak etdiyini bildirən A.Şirinov onlara dərin minnətdarlığını bildirib.

Aİİ rəhbəri elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin fəaliyyətinin artırılması məsələsinə də toxunub.

Tədbirdə Aİİ-nin yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanmasında səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlərə hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti