...

Zəngilanda digər kəndlərin təməlinin də qoyulması gözlənilir - Xüsusi nümayəndə

Cəmiyyət Materials 6 Oktyabr 2022 14:21 (UTC +04:00)
Zəngilanda digər kəndlərin təməlinin də qoyulması gözlənilir - Xüsusi nümayəndə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilanda digər kəndlərin təməlinin də qoyulması gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

V.Hacıyev xatırladıb ki, bu ilin may ayının 28-də Zəngilanın Baş planı Prezident İlham Əliyevə təqdim olunub. Həmin baş plana əsasən sakinlər üçün kifayət qədər rahat şərait yaradılacaq.

O qeyd edib ki, Zəngilanda tikiləcək evlər kiçik mərtəbəli, müasir olacaq və smart konsepsiyasına əsaslanacaq.

“Ağalı kəndinə 66 ailə köçürülüb. Növbəti evlər hazır olduqdan sonra yenə də ailələr köçürüləcək. Digər kəndlərin təməlinin də qoyulması gözlənilir və bu işlər mərhələli şəkildə həyata keçirilir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti