...

Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb

Cəmiyyət Materials 7 Oktyabr 2022 15:41 (UTC +04:00)
Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayı ərzində Bakı metropoliteni 18 milyon 336 min 117 sərnişin daşıyıb.

Bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər gün orta hesabla 611 min 204 sərnişin metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabr ayının 15-dən Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub.

"Ümumən müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metropoliten orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49.02 faizini təşkil edib", - B.Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti