...

Lökbatan qəsəbəsində şəhid Ruslan Abbasovun anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2022 15:52 (UTC +04:00)
Lökbatan qəsəbəsində şəhid Ruslan Abbasovun anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Abbasov Ruslan Hikmət oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin ailələrinin üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti