...

Ağdaş rayonunda xurma bağlarında fitosanitar monitorinqlər aparılıb

Cəmiyyət Materials 21 Noyabr 2022 12:14 (UTC +04:00)
Ağdaş rayonunda xurma bağlarında fitosanitar monitorinqlər aparılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, Bərdə regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən mövsümə uyğun olaraq Ağdaş rayonunun Dəhnəlxəlil, Kotanarx, Yuxarıağca, Yazıhüşün və Ərəb kəndlərində təxminən 82 hektar ərazini əhatə edən xurma bağlarında fitosanitar monitorinqlər aparılıb.

Monitorinqlər zamanı karantin tətbiq edilən zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növləri ilə sirayətlənmiş meyvələrə rast gəlinib. Üzərində zərərverici olan meyvələrdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Bununla yanaşı, meyvə bağlarında Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata) mövcudluğunu müəyyənləşdirmək məqsədilə əvvəlki monitorinqlərdə asılmış feromon tələlərə baxış keçirilib, xurma bağlarında və ona yaxın ərazilərdə qeyd olunan zərərvericinin mövcud olmadığı müəyyən olunub.

Monitorinqlər zamanı təsərrüfat sahiblərinə xurma bitkisinin əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti